• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Deyir ki, ölkəyə futbol lazımdır

11.05.20 11:00 629
Deyir ki, ölkəyə futbol lazımdır
"Real”ın müdafiəçisi Serxio Ramos La Liqanın bərpası ilə bağlı gedən müzakirələr haqda danışıb.
Kaspi.az xəbər verir ki, Ramos çempionatın bərpa olunmasının vacib olduğunu deyib. O, bunun iqtisadi cəhətdən gəlirli olacağını vurğulayıb:
"Başlamaq üçün vaxt lazımdır, ölkəyə iqtisadi sahədə dəstək olmaq üçün futbola ehtiyac duyulur. Futbol qayıtsa, insanların fikirlərini virusdan yayındırmaq olar. Bu virusu məhv etmək üçün intizamlı olmalıyıq. Sevdiyi insanı itirən hər kəsə dəstək mesajı göndərmək istəyirəm, biz bunu bacara bilərik və birlikdə olmalıyıq.
Xavyerin, iyunun 12-də çempionatın bərpa olunacağı ilə bağlı dediklərini eşitdim. Biz xeyli vaxt itirmişik, ona görə də tam qüvvə ilə hazırlaşmalıyıq ki, zədə riskindən qaça bilək”.
banner

Oxşar Xəbərlər