• cümə, 29 Mart, 09:12
  • Baku Bakı 5°C

Deyir ki, Kurtuanın “De Heya sindromu” var

03.10.19 16:08 741
Deyir ki, Kurtuanın “De Heya sindromu” var
Belçika yığmasının qapıçılar üzrə məşqçisi Ervin Lemmens "Real”ın qapıçısı Tibo Kurtua barədə danışıb.
Kaspi.az xəbər verir ki, o, Kurtuanın fitə basılmasının düzgün olmadığını deyib. Vurğulayıb ki, qapıçı "De Heya sindromu”ndan əziyyət çəkir:
"Onlar Kurtua ilə belə rəftar etməməlidirlər. Tibo xüsusi oğlandır. Bu, ona xas oyun deyil. Adətən, Belçika yığmasında o, möhtəşəm oynayır.
Ancaq "Real”da "De Heya sindromu”ndan əziyyət çəkir. "Santyaqo Bernabeu” fitə basarkən, bütün komandanın oyununa nəzər salmaq lazımdır, təkcə qapıçının yox. Kurtua əla qapıçıdır”.
Kurtua "Real”a 208-ci ilin yayında "Çelsi”dən 35 milyon avroya keçib.
banner

Oxşar Xəbərlər