• çərşənbə axşamı, 23 aprel, 23:59
  • Baku Bakı 20°C

Deyir ki, bu komanda mentaliteti dəyişməlidir ki...

29.06.20 13:30 756
Deyir ki, bu komanda mentaliteti dəyişməlidir ki...
"Arsenal”ın sabiq futbolçusu Robin van Persi komandanın hazırkı durumu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Van Persi "topçular”ın uğur qazanması üçün mentaliteti dəyişməli olduqlarını bildirib. O. hazırkı komandadan ciddi nəticə gözləmədiyini vurğulayıb:
"Arsenal” və Mikel Arteta situasiyanı dəyişmək üçün uyğun variant tapmalıdır. Günc zərbələri, cərimə zərbələri, qapı önünə asmalar... bütün bunlar zamanı adama elə gəlir ki, "Arsenal” indicə qol buraxacaq.
Bütün bunları aradan qaldırmaq üçün mentalitet dəyişməlidir. Ferdinand və Vidiç komandalarını qoldan xilas etmək üçün özlərini qurban verməyə hazır idilər.
Titul qazanmaq üçün məhz belə mentalitet lazımdır. Düzünü deyim ki, bu "Arsenal”dan ciddi nəsə gözləmirəm. Təzə heç nə yoxdur. Bu problemlər hələ mənim oynadığım vaxtda da vardı.
Komanda elə müdafiəçilər tapmalıdır ki, onlar komandasının uğuru üçün meydanda can qoysunlar. İndiki müdafiəçilərin zəif olduğunu deyə bilmərəm, amma titul qazanmaq üçün başqa səviyyənin lazım olduğu dəqiqdir”.
banner

Oxşar Xəbərlər