• cümə, 29 Mart, 04:12
  • Baku Bakı 7°C

Deyir ki, bu, klub deyil, sirkdir

16.12.19 13:08 483
Deyir ki, bu, klub deyil, sirkdir
"Arsenal”ın sabiq futbolçusu Bakari Sanya "topçular”ın oyunu barədə danışıb.
Kaspi.az xəbər verir ki, hazırda MLS-də çıxış edən Sanya "Arsenal”ı kəskin tənqid edib. O, komandadakı qeyri-müəyyənliyin ciddi problemlər yaratdığını bildirir:
"Bu, klub deyil, sirkdir. Aydın deyil ki, kluba kim rəhbərlik edir, qərarları kim qəbul edir. Futbolçularda özünəinam yoxdur.
Onlar qeyri-müəyyənliyin yaratdığı problemlə üzləşiblər. bilmirlər ki, komandaya kim rəhbərlik edəcək.
İndiki məqamda komandaya yaxşı baş məşqçi lazımdır ki, sabitliyi bərpa etsin. "Arsenal”da yaxşı futbolçular var. Ancaq insanlar deyirlər ki, müdafiə xətti komandanın səviyyəsinə uyğun deyil”.
banner

Oxşar Xəbərlər