• cümə axşamı, 28 mart, 18:48
  • Baku Bakı 13°C

Dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olmağa görə həbs cəzası ləğv olunur

13.10.17 17:40 2747
Dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olmağa görə həbs cəzası ləğv olunur
Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlarla bağlı həbs cəzası ləğv olunur.

APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 200-1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinin 1-ci bəndinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə hazırda tətbiq olunan 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası 2 ilədək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənir.

Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəzası yenidir və bu, cəzaçəkmə və yaxud həbsxana şəraitində icra olunmur.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər