• cümə, 19 Aprel, 10:56
  • Baku Bakı 13°C

Deputatlar geri çəkildi, qanun qəbul edilməyəcək

27.11.17 13:10 2008
Deputatlar geri çəkildi, qanun qəbul edilməyəcək
Peru parlamenti futbolla bağlı qanun layihəsini qəbul etməyəcək.
Kaspi.az xəbər verir ki, parlament yığma komandanın dünya çempionatından uzaqlaşdırıla biləcəyini əsas götürərək, qanunun qəbulundan imtina edib.
Konqresmen Paloma Nosedo Peru Futbol Federasiyasının dövlətin nəzarətinə keçməsi ilə bağlı qanun layihəsi hazırlamışdı. Amma FİFA qaydalarına görə, hakimiyyətin federasiyanın işinə müdaxiləsi qadağandı.
Qanun qəbul edilsəydi, Peru FİFA-dan çıxarılacaq, yığma komanda isə mundialdan uzaqlaşdırılacaqdı.
Peru 5-ci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu ölkə sonuncu dəfə DÇ-1982-nin iştirakçısı olmuşdu.
Peru pley-offda Yeni Zelandiyaya qalib gələrək (0:0, 2:0), mundiala vəsiqə əldə edib.
banner

Oxşar Xəbərlər