• cümə, 19 Aprel, 01:02
  • Baku Bakı 18°C

Deputatın qardaşı oğlunun məhkəməsinin vaxtı məlum oldu

07.09.20 11:15 607
Deputatın qardaşı oğlunun məhkəməsinin vaxtı məlum oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və rüşvət almaqda təqsirləndirilən Emil Əmiraslanovun cinayət işi üzrə məhkəmənin vaxtı təyin olunub.
İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 10-a təyin edilib.
İşə hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.
Millət vəkili Əhliman Əmiraslanovun qardaşı oğlu olan Emil Əmiraslanovun vətəndaşların etibarından sui-istifadə etməklə aldatması və külli miqdarda vəsaiti ələ keçirməsi barədə Baş Prokurorluğunun "Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq, 8 iyun 2020-ci il tarixdə toplanmış material əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Emil Əmiraslanovun Bakı Humanitar Kollecində prorektor vəzifəsinə təyin etmək vədi ilə 20 min manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək vədi ilə 12 min manat, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərmək vədi ilə 20 min manat məbləğdə pul vəsaitini ayrı-ayrı vətəndaşlardan qəbul etməklə, təkrarən dələduzluq etməsinə, eləcə də, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Əmiraslanov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər