• cümə, 19 Aprel, 04:13
  • Baku Bakı 18°C

Deputat: “Yeni qaydalar kiçik sahibkarların xərclərini artıracaq”

18.12.20 12:51 629
Deputat: “Yeni qaydalar kiçik sahibkarların xərclərini artıracaq”
"Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi illik dövriyyəsi kiçik olan sahibkarlar üçün əlavə maliyyə yükü yarada bilər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, aylıq dövriyyəsi (gəliri deyil) 17 min manat olan sahibkarlar da məcburi olaraq mühasibatlıq yaratmalıdır: "Halbuki mövcud qaydalar belə müəssisələrdə sahibkarın özünün mühasibatlığı aparmağa imkan verirdi. Aydındır ki, bu, Nazirlər Kabinetinin qərarı ilə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına mikro sahibkarların əlavə edilməsi ilə bağlıdır. Belə ki, dövriyyəsi 200 min manatadək olan sahibkarlıq subyektləri mikro sahibkarlar hesab olunur. O baxımdan daha yaxşı olardı ki, ya mikro sahibkarlar üçün illik gəlirinə yenidən baxılaraq, o göstəricinin artırılması həyata keçirilsin və ya kiçik sahibkarlar üçün mühasibatlıq meyarları onların dövriyyəsinə uyğunlaşdırılsın. Təklif olunan layihəyə görə, orta sahibkarlar üçün də peşəkar mühasiblərin olması məcburi xarakter daşıyacaq. Orta sahibkarlar illik dövriyyəsi 3 milyon ilə 30 milyon manat arasında dəyişən sahibkarlıq subyektləridir. İnkişaf etmiş əksər ölkələrdə orta sahibkarlıq subyektləri üçün kəskin mühasibatlıq meyarları tətbiq olunmadığından bizdə də bu kateqoriya sahibkarlıq subyektləri üçün peşəkar mühasib sertifikatı meyarlarına gələcəkdə baxılması və orta və iri sahibkarlıq subyektləri üçün differensial dəyişikliklər edilməsi məqsədəuyğun olardı”.

banner

Oxşar Xəbərlər