AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: “Uşaq evlərində sovet qaydaları hökm sürür”

Deputat: “Uşaq evlərində sovet qaydaları hökm sürür”

Cəmiyyət
02 İyun 2020, 14:22 164
"Uşaq evlərində sovet vaxtlarında olan qaydalar hökm sürür”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Sadiq Qurbanov deyib.
O bildirib ki, o vaxt ştat cədvəlləri nə qədər idisə, bu gün də elədir: "Bir tərbiyəçiyə 25 uşaq düşür. Həmin tərbiyəçi bu uşaqları məktəbə aparıb-gətirməli, onlarla məşğul olmalıdır. Aidiyyəti orqanlardan bu məsələyə diqqət yetirməyi istəyirəm. Uşaq evlərinə hər iki valideyni tərəfindən tərk edilmiş uşaqlar buraxılmalıdır. Ancaq uşaq evlərində belə deyil. Bir valideyni atıb getmiş uşaqlarda da uşaq evlərində yerləşdirilib. Bu da nizamnamənin pozulmasıdır”.