AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: “Qazilərə sənədlərin verilməsi mexanizmi asanlaşdırılmalıdır”

Deputat: “Qazilərə sənədlərin verilməsi mexanizmi asanlaşdırılmalıdır”

Cəmiyyət
23 Fevral 2021, 11:21 273
"Vətən müharibəsində iştirak edən qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır".
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.
 
Deputat bildirib ki, qazilər üçün lazım olan sənədlərin alınması mexanizmini asanlaşdırmaq lazımdır: "Həmin o yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar”.