AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: Qarabağın potensialı fonunda kiçik sahibkarlığa dəstək müsbət effekt göstərə bilər

Deputat: Qarabağın potensialı fonunda kiçik sahibkarlığa dəstək müsbət effekt göstərə bilər

İqtisadiyyat
25 Fevral 2021, 13:00 198
Qarabağ regionunun potensialını nəzərə alaraq, kiçik sahibkarlığın dəstəklənməsi müsbət effekt göstərə bilər.
 
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.
 
Onun sözlərinə görə, köçkün düşmüş insanlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin xətti ilə bizneslərini qurub, uğur əldə ediblər və onları həmin torpaqlarda biznes qurmağa təşviq etmək məqsədəuyğundur.

"Düşünürəm, fikrimizi bu istiqamətdə yönəltsək, daha böyük uğur əldə edə bilərik və Qarabağ iqtisadiyyatını ümumi ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirə bilərik".