• cümə, 29 Mart, 14:59
  • Baku Bakı 14°C

Deputat: Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər

04.10.19 16:27 574
Deputat: Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər
Qarabağ qaziləri mənə bildirdilər ki, bəzi siyasi qüvvələrin bizdən istifadə etməyinə icazə verməyəcəyik və onların bu əməllərini pisləyirik.
Trend-in məlumatına görə, bunu Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin mətbuat konfransında çıxışı zamanı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, qazilər Prezidentin siyasətini dəstəklədiklərini, hər zaman dövlət başçısının yanında olduqlarını qeyd ediblər:
"Qazilər mənə bildirdilər ki, biz hər hansı siyasi proseslərdə alət kimi istifadə edilməyə yox deyirik. Onlar bildirdilər ki, bu cür proseslərdə olmayacaqlar. Hesab edirəm ki, Qarabağ qazilərinin bu addımı düzgün addımdır. Çünki baş verən hər bir hadisədən bəzi qüvvələr dövlətə, Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Biz bu gün Azərbaycanda tam sabit və təhlükəsiz şəraitdə yaşayırıq. Baxmayaraq ki, müharibə şəraitindəyik. Belə bir dövrdə Qarabağ qazilərinin dövləti dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir".
banner

Oxşar Xəbərlər