• şənbə, 20 Aprel, 12:35
  • Baku Bakı 23°C

Deputat Naqif Həmzəyev Tacikistanda Azərbaycanın gənclər siyasətini təqdim edəcək

22.04.17 14:00 1143
Deputat Naqif Həmzəyev Tacikistanda Azərbaycanın gənclər siyasətini təqdim edəcək
Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilinMDBməkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək "Ailə ocağı" mövzusunda forumda iştirak etmək üçün aprelin 23-dən 28-dək Düşənbədə səfərdə olacaq.
Milli Məclisin Mətbuat xidmətindənAPA-ya verilən məlumata görə,MDBölkələri könüllülərinin təşəbbüsləri forumunda deputatımız "Azərbaycan Respublikasında gənclər siyasəti" mövzusunda məruzə edəcək.
Forum çərçivəsindəMDBməkanındakı gənclər təşkilatları və assosiasiyaları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına dair məsələlərə baxılacaq, ailə quruculuğunda vətəndaş təşəbbüslərinin dəstəklənməsinə diqqət yetiriləcək, demoqrafiya siyasəti nəzərdən keçiriləcək.
banner

Oxşar Xəbərlər