• cümə axşamı, 18 aprel, 19:16
  • Baku Bakı 21°C

Deputat: “Ön xəttə səfərlər ordunun döyüş ruhunu yüksəldir”

08.07.20 15:22 476
Deputat: “Ön xəttə səfərlər ordunun döyüş ruhunu yüksəldir”
"Bu gün Azərbaycan Ordusu bütün istiqamətlərdə inkişaf edir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatıVüqar BayramovMüdafiə Nazirliyinin rəhbər heyətinin ön xəttə səfərini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan regionun ən güclü dövləti olaraq ordunun təchizatını daim gücləndirir.
Deputat qeyd edib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər şəxslərinin ön xəttə getməsini yüksək qiymətləndirir: "Belə səfərlər şəxsi heyətin daim diqqətdə olduğunu göstərir. Təbii ki, mütəmadi olaraq hərbi qulluqçularla görüşlərin keçirilməsi, vəziyyətin yerində qiymətləndirilməsi və şəxsi heyətlə müzakirələrin aparılması təqdirəlayiqdir. Nazirliyin hərbi qulluqçulara lazımi tapşırıqları birbaşa verməsi ordunun gücünün artırılması baxımından vacib məqamdır. Səfər çərçivəsində rəhbər heyət ordumuzun maddi-texniki bazasının gücləndirilməsi ilə yaxından tanış olurlar".
V.Bayramovun fikrincə, səfər zamanı şəxsi heyətə bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqların verilməsi ordumuzun ayıq-sayıqlığını göstərir: "Azərbaycan Ordusu hər an torpaqlarımızı erməni işğalından azad etməyə qadirdir. Maddi-texniki imkanımız, şəxsi heyətin döyüş hazırlığı və milli ruhumuz bunu deməyə əsas verir. Unutmaq olmaz ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Bu gün eyni zamanda hərbi qulluqçuların mənzil təminatı da daxil olmaqla, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər uğurla davam etdirilir. Bu da şəxsi heyət arasında əhval-ruhiyyənin artmasına, döyüş ruhunun yüksəlməsinə və ordumuzun daim hazırlıqlı olmasına imkan verir.
Bütün bu proseslər məndə böyük inam yaradır. Qarabağ bölgəsindən olan millət vəkili kimi inanıram ki, işğalda olan torpaqlarımızı qısa vaxtda Ali Baş Komandanın əmri ilə azad edə biləcəyik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüblər.
Ali Baş Komandan İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri diqqətə çatdıran Müdafiə naziri bu tələblərin gündəlik xidməti fəaliyyətdə rəhbər tutulmasını tapşırıb.
Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədiləmüvafiq tapşırıqlar verib.
Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.
Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər