• cümə, 19 Aprel, 08:41
  • Baku Bakı 13°C

Deputat: Korrupsiya ilə mübarizədə təsirli addımlar atıldığının şahidiyik

17.09.20 19:41 569
Deputat: Korrupsiya ilə mübarizədə təsirli addımlar atıldığının şahidiyik
Ötən ilin sonundan başlayaraq dövlətimiz tərəfindən korrupsiya ilə mübarizədə daha təsirli addımların atıldığının şahidi oluruq.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Azərbaycanda korrupsiya ilə mübarizənin kampaniya xarakteri daşımadığını qeyd edən deputat deyib: "Bu sahədə bütün addımlar istər yerli, istərsə də beynəlxalq hüquq qaydalarının təminatı mexanizminin tələblərinə uyğun atılır. İttiham və məhkum olunanlarla bağlı görülən tədbirlərin hamısı hüquq qaydalarına müvafiqdir, konkret ittiham, əsaslı şübhələr əsasında atılan addımlardır”.
B.Məhərrəmov, həmçinin vurğulayıb ki, dövlətimiz bu istiqamətdə ölkə Prezidentinin iradəsini rəhbər tutub. Dövlətimizin başçısının iradəsi Azərbaycan Respublikası Konstititusiyasının ali məqsədlərinə və dövlətin məqsədlərinə uyğun olaraq insan hüquqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlib.
Korrupsiyanın cəmiyyətin, dövlətin təməl dayaqlarını sarsıdan amil olduğunu bildirib, dövlətimizin və onun başçısının bu xoşagəlməz tendensiyaya yol açacaq heç bir amilə imkan verməyəcəyini qeyd edib.
banner

Oxşar Xəbərlər