• çərşənbə axşamı, 01 iyul, 04:36
  • Baku Bakı 22°C

Deputat Kərki və Günnüt kəndlərinin Sədərəyə birləşdirilməsini təklif edir

23.02.21 13:10 451
Deputat Kərki və Günnüt kəndlərinin Sədərəyə birləşdirilməsini təklif edir
"İdarəçilik baxımdan Şərur və Sədərək rayonlarında edilən bu dəyişiklik məqsədə müvafiqdir. Bu addımın atılması faydalı olacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İsa Həbibbəyli deyib.
Deputat bildirib ki, Dəmirçi kəndinin əhalisi öz işlərini daha asan və rahat həyata keçirə biləcək: "Sədərək və Dəmirçi çox yaxındır. Gələcəkdə düşmən əhalisinin yerləşdiyi, indi anklav vəziyyətdə olan Kərki kəndi və 2018-ci ildə azad edilən Günnüt kəndi də Sədərəyə yaxın yerləşir. Gələcəkdə bu məsələyə baxmaqla Sədərəyi mühüm strateji əhəmiyyətə malik olan rayona çevirmək olar”.

banner

Oxşar Xəbərlər