• çərşənbə axşamı, 19 mart, 07:17
  • Baku Bakı 8°C

Deputat: Davamlı inkişaf Azərbaycan üçün prioritetdir

11.07.20 17:15 620
Deputat: Davamlı inkişaf Azərbaycan üçün prioritetdir
BMT-nin Davamlı İnkişaf hesabatı dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir. Nəzərə alsaq ki, bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur, həm iqtisadi, həm sosial, bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilərdə baş verən dəyişikliklər hesabatda öz əksini tapır.
Bu sözləriAZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Sevindirici haldır ki, Azərbaycan 2020-ci il hesabatında regionun lider ölkəsidir. Biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən öndəyik. Azərbaycanın balı region üzrə orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda daha çox Mərkəzi-Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırması birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni zamanda, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır", - deyə deputat qeyd edib.
O deyib ki, həyata keçirilən islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıqlığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Ötən il Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. Bu paketlər həm minimum əməkhaqqı, həm orta aylıq əməkhaqqının təxminən iki dəfə artımı ilə nəticələndi. Belə ki, orta aylıq əməkhaqqı da və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı. Bu, sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri, eləcə də qlobal bazarlarda, o cümlədən neft bazarında volatilliyin yüksək olmasına baxmayaraq sosial proqramlar icra olunur. Bu, ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın daha da inkişafı üçün bir zəmin yaradır.
banner

Oxşar Xəbərlər