• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

Deputat: “Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”

27.04.17 14:20 871
Deputat: “Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”
"Azərbaycanda bir sıra kafe və restoranlarda sulu qəlyana gizlicə narkotik vasitə qatırlar”.APA-nın məlumatına görə, bunu deputat Araz Əlizadə bu gün Milli Məclisdə keçirilən "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” adlı Dəyirmi masadabildirib.
O, ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib: "Bir sıra yerlərdə sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesini genişləndirirlər. Ümumiyyətlə sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştüy dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Turistlərin bundan narazı qalmasından qəti narahat olmaq olmaz. Ona qalsa turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq?”.
banner

Oxşar Xəbərlər