• cümə, 19 Aprel, 04:47
  • Baku Bakı 18°C

Deputat: "Bako Saakyan Belçikada hörmətsiz, izzətsiz qarşılandı"

19.11.19 21:47 281
Deputat: "Bako Saakyan Belçikada hörmətsiz, izzətsiz qarşılandı"
"Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi təqdim edən Bako Saakyanın Brüssel səfəri də əvvəlkilər kimi beynəlxalq hüquqa ziddir".
Bunu millət vəkili Naqif Həmzəyev Bako Saakyanın Brüssel səfərini şərh edərkən deyib.
N. Həmzəyev bildirib ki, Bako Saakyan Brüsseldə yaşayan varlı iş adamları ilə qeyri-rəsmi şəraitdə görüşləri bir daha təsdiq etdi ki, məqsəd birdir – maliyyə vəsaiti toplamaq və mənfur arzularını həyata keçirmək: "Görünən kəndə bələdçi lazım deyil. Qondarma rejimin əhaliyə "gözəl həyat” bəxş etmək barədə verdiyi vədin boş sözdən və xalqı aldatmaqdan başqa bir şey olmadığı getdikcə bütün sahələrdə qabarıq şəkildə özünü büruzə verir. Əhalinin yaşayış səviyyəsinin ildən-ilə aşağı düşməsi, məmurların özbaşınalıqları haqlı narazılıqlar… Çarəsiz durumda qalan Bako Saakyanı Belçikaya varlı erməni lobbisinə üç tutmağa vadar edib. İqtisadiyyatı iflas olmuş Ermənistan isə işğal etdiyi ərazilərə, qondarma rejimə yardım etmək imkanında deyil. Bako Saakyan qondarma rejimi Avropaya varlı erməni lobbisinə yalvarmaqla qaydaya salmaq niyyətini həyata keçirmək üçün bu səfəri çıxış yolu bildi”.
Millət vəkili qeyd edib ki, Bako Saakyanın dəridən-qabıqdan çıxmasına baxmayaraq onu millətçi və separatçı Yeni Flamand İttifaqı (N-VA) partiyasının anti-türk əhval-ruhiyyəli üzvləri Karl Vanluve və Mark Demesmakerdən başqa bir rəsmi qrum qəbul etmədi: "Əlbəttə ki, qanunsuz rejimin "nümayəndəsi”nin arzusu Avropa Parlamenti, Belçikanın federal parlamenti, Valloniya və Brüssel-Paytaxt parlamentlərində olmaq, Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus rəsmi qurumların nümayəndələri ilə görüşmək, məzlum görkəm alaraq mənfur niyyətlərini çatdırmaq idi. Öz çirkin niyyətlərini yaddan çıxarmayan Saakyan Brüsseldə "Erməni Ümumxeyriyyə İttifaqının” (AOBS) Avropa ofisinin rəhbəri Nikola Tavityanla görüşü zamanı Azərbaycanın işğal altındakı ərazilərində bir sıra layihələrin həyata keçirilməsini də yaddan çıxarmadı”.
N. Həmzəyev əlava edib ki, Saakyanın qeyri-rəsmi şəraitdə görüşdüyü Brüssel-Paytaxt parlamentinin üzvü Julien Uytendaele isə adı korrupsiya qalmaqallarında hallandırılan ailənin üzvüdür: "Belə ki, onun anası Laurette Onkelinks ədliyyə naziri olarkən 2014-cü ildə öz həyat yoldaşı yəni, sözügedən regional deputatın atası, Mark Uyttendaelenin şirkətini 245000 avro məbləğində hüquqi konsultant kimi cəlb etməkdə ittiham edilmişdi. O, Sosialist Partiyasında səs-küylü korrupsiya qalmaqallarının ardınca 2017-ci ildə federal parlamentdə sosialist qrupunun rəhbəri vəzifəsini, 2019-cu ildə isə Belçika siyasi səhnəsini tərk etmişdi. Bir daha xatırlatmaq istərdim ki, bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Onun Avropada kriminal fəaliyəti artıq bir çoxlarına bəllidir. Ona görə də Bako Saakyan Belçikada bu cür hörmətsiz, izzətsiz qarşılandı”.
banner

Oxşar Xəbərlər