• cümə axşamı, 28 mart, 18:16
  • Baku Bakı 13°C

Deputat: "Azərbaycanda özəl sektorun ÜDM-də payı 85%-i keçib"

21.01.21 12:45 414
Deputat: "Azərbaycanda özəl sektorun ÜDM-də payı 85%-i keçib"
Özəl sektorun Azərbaycanda ÜDM-in formalaşmasında payı 85%-i keçib və bu, özəl sektorun potensialının kifayət qədər böyük olması deməkdir.
"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Qarabağın inkişaf planı və qarşıda duran əsas məqsədlərin müzakirəsi mövzusunda "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən onlayn B2G Forumunda deyib.
Deputatın sözlərinə görə, özəlləşdirmə prosesinin başlanması ilə bağlı hökumətin planları ona əsas verir ki, getdikcə dövlət sektorunun bazarda payı azalacaq.

banner

Oxşar Xəbərlər