• cümə, 26 Aprel, 19:32
  • Baku Bakı 22°C

Deputat azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını təklif edib

23.02.21 11:37 528
Deputat azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını təklif edib
"Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib.
Deputat bildirib ki, Xocalı soyqırımı ilə bağlı həyata keçirilən ən mühüm işlərdən biri Heydər Əliyev Fondunun fəaliyyətidir: "Lakin bununla yanaşı, hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Bizim bir çox dostluq qrupumuz Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıb. Təklif edirəm ki, gələcəkdə işğaldan azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı memorial kompleksi ucaldılsın”.

banner

Oxşar Xəbərlər