• cümə axşamı, 25 aprel, 03:01
  • Baku Bakı 19°C

Dənizkənarı Milli Parkda başlanan maraqlı bir gün Xalça Muzeyində davam etdi

18.07.19 17:03 22856
Dənizkənarı Milli Parkda başlanan maraqlı bir gün Xalça Muzeyində davam etdi
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji dəstək və onların asudə vaxtının təşkili” layihəsi çərçivəsində uşaqlar Dənizkənarı Milli Parkda maraqlı gün keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş bir qrup uşaq attraksionlardan və qatarlardan ödənişsiz istifadə ediblər.
Daha sonra uşaqların qəyyumları ilə birgə Xalça Muzeyinə ekskursiyası təşkil olunub. Onlar Azərbaycanın bölgələrində klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal vələvazimatlarla tanış olub, xalçaların toxunma qaydası barədə məlumat əldə ediblər. Onlar həmçinin xalça toxunuşu prosesini əyani şəkildə izləyiblər.
Qeyd edək ki, 4 ay ərzində davam edən layihə çərçivəsində bu həssas qrupa daxil olan uşaqlara və onların qəyyumlarına sosial, hüquqi və psixoloji dəstəyin göstərilməsi və eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər uşaqların intellektual səviyyəsinin yüksəlməsinə, mədəni dəyərlər barədə daha dolğun bilik və dünyagörüşü yaratmaq məqsədinə xidmət edir.
banner

Oxşar Xəbərlər