• cümə, 29 Mart, 16:47
  • Baku Bakı 14°C

Dəmiryol sərnişinlərinə xəbərdarlıq var

05.08.13 13:23 1384
Dəmiryol sərnişinlərinə xəbərdarlıq var
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.
Məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
Qeyd edək ki, bu gündən etibarən Bakı sərnişin stansiyasının 2 saylı kassasında Rusiya Federasiyasına və oradan Qazaxıstana hərəkət edən sərnişin qatarlarına və Azərbaycana geriyə bilet satışına başlanıb.
banner

Oxşar Xəbərlər