• cümə, 29 Mart, 14:34
  • Baku Bakı 14°C

Dayanmadan, yorulmadan, məqsədyönlü...

29.03.17 10:30 1066
Dayanmadan, yorulmadan, məqsədyönlü...
Qarşıdan 31 Mart soyqırımının ildönümü gəlir. 1918-ci ildə Bakıda, Şamaxı, Quba, Xaçmaz, Lənkəran və digər bölgələrdə Bakı Sovetivə Daşnaksütyundanolan erməni silahlı dəstələrininxalqımıza qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən, 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Bu soyqırımı xalqımızın milli iradəsinə və azadlıq ideallarına qarşı idi. Uzun illər ərzində tarixi gerçəklər gizlədilərək faciə haqqında heç bir məlumat verilmirdi. 31 mart ilk dəfə olaraq 1998-ci il Heydər Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başladı. Bəs görəsən erməni saxtakarlğının baş alıb getdiyi bir vaxtda bu tarixi faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində hansı işlər görülür? Ümumiyyətlə bu sahədə daha hansı tədbirlərə ehtiyac var?
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, 1918-ci ilin mart qırğını Azərbaycan xalqının tarixinə qara səhifə kimi düşüb: "Qara qüvvələr Azərbaycan xalqına qarşı bu qırğını törətdilər. Faicədə 10 minlərlə insan öldürülüdü, milli-mədəni sərvətlərimiz dağıdıldı. Məscidlərimiz, mədrəsələrimiz, qədim binalarımız yandırıldı. Ümumən Azərbaycan xalqının müstəqillik istəyinin qarşısını almaq üçün böyük bir cinayət törədildi. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində bu qırğının araşdırılması və soyqırımına düzgün siyasi qiymət verilməsinə heç bir cəhd göstərilmədi. Azərbaycan ziayılılarının bu istqiamətdə gördüyü işlərin və cəhdlərin də hər vəchlə qarşısı alındı. Ancaq müstəqilliyimizin ilk illərində, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan sərəncamla bu faiciəyə soyqırımı adı verildi və bununla da tarixin araşdırılması üçün işlərin görülməsinə start verildi. Bu gün arxivlərdə soyqırımı ilə bağı kifayət qədər faktlar var. Bu barədə həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı tədbirlər keçirilib, kitablar yazılıb, mütəxəssislər yetişdirilib. Artıq beynəlxalq ictimaiyyət bununla bağlı məlumatlıdır. Amma hesab edirəm ki, edilən işlərlə kifayətlənmək olmaz. Görülən işlər daha çox olmalıdır. Hazırda da bu istiqamətdə tarixçilərimiz və siyasətçilərimiz böyük iş aparırlar. Mətbuatda, ayrı-ayrı görüşlərdə, televeziya məkanlarında informasiyalar yayılmalı, erməni millətçilərinin türk toplumuna qarşı etdiyi cinayətlərin heç vaxt unudulamasına imkan verilməməlidir. Müstəqil dövlətimiz və xalqımızın siyasi iradəsinin tarixi həqiqət olan 31 Mart Soyqırımını heç vaxt unutmamağa və bununla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına şərait yaradacağına əminəm”.

Millət vəkili Musa Qasımlı bildirdi ki, Azərbaycan xalqına qarşı 1918-ci il 31 mart tarixində törədilən soyqırımına dair ölkəmizdə çoxlu tədqiqat işləri aparılıb: "Bu haqda çoxli monoqrafiyalar yazılıb, sənədli mənbələr hazırlanıb və filmlər çəkilib. Orta məktəb dərsliklərində mart soyqırımına dair ayrıca paraqraf var. Həmin gün və o ərəfədə Azərbaycan mətbuatı və ümumiyyətlə kütləvi informasiya vasitələri bu hadisəyə xüsusi diqqət yetirir. Bundan əlavə, azəraycanlılara qarşı törədilmiş kütləvi qırğınlarla əlaqədar olaraq həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətlərini qeyd etmək yerinə düşər. Tarximizdə ilk dəfə olaraq bu günün soyqırımı günü kimi tanıdılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun imzaladığı sərəncamdan sonra bu gün soyqırımı günü kimi qeyd olunur. Qeyd etdiyim kimi, bu sahədə bu günə kimi xeyli işlər görülüb. Ancaq hesab edirəm ki, görülən işlərlə kifayətlənmək olmaz. Diaspora təşkilatlarımız, xaricdə yaşayan azərbaycanlılar, KİV-lər millətimizə qarşı tördəilən soyqırımıına dair həqiqətləri dünyaya daha çox çatdırmalıdırlar”.

Politoloq Fikrət Sadıxov bizimlə söhbətində bildirdi ki, uzun illər ərzində bu faciə bilərəkdən gizlədilib: "Faciə sovet dövründə geniş şəkildə yazılmır və izah olunmurdu. Bunun nəticəsi olaraq bir çox nəsillər bu qırğından xəbərsiz idilər. İndi hər şey açıq-aydındır. Arxivlərdə də bu haqda geniş məlumat var. Lakin bu soyqırımını daha geniş şəkildə təbliğ etmək lazımdır. Biz ermənilərə oxşamamalıyıq. Onların "təbliğat üslubu” bizə çox yaddır və biz ondan istifadə etməməliyik. Müxtəlif bədii filmlərin çəkilməsi, publisistik yazıların hazırlanması, müvafiq tədbirlərin, sərgilərin keçirilməsi, kitabların nəşr olunması ilə mart soyqırımını geniş yaymalıyıq. Tarixi həqiqətləri dəqiq faktlar və rəqəmlərlə deməli və sübuta yetirməliyik. Təbii ki, bu istiqamətdə bizim diplomatik nümayəndələrimizdən, xaricdə yaşayan diaspora üzvlərimizdən də çox şey asılıdır. Biz bu məsələni təkcə 31 mart ərəfəsində yadda salmamlıyıq. Soyqırımını geniş şəkildə yaymalı, danışmalı, öz həqiqətlərimizi sübut etməliyik”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə mövzuya dair qəzetimizə açıqlamasında bəzi məqamları qeyd etdi: "Bu istiqamətdə daim işlər görülməlidir. Ermənilərin Azərbaycana qarşı soyqırmı siyasəti yeritdiklərini və cinayətkar olduqlarını dünyaya sübut etməliyik. Mən bu yaxınlarda Kolumbiyadan qayıtmışam. Orada Konqresdə bu barədə geniş müzkirələr apardıq. Ermənilərlə müzakirə yox, əsl mübarizə apardıq. Hesab edirəm ki, bu bizim gündəlik işimiz olmalıdır. Soyqırımı təbliğatını bir dəqiqə də dayandırmaq olmaz. Daim bu haqda yeni işlər görülməlidir. Ermənilərə qarşı mübarizə aparmaq çox çətindir. Çünki onların havadarları çoxdur. Bu təbliğatı kimin üçünsə deyil, öz vicdanımız, əxlaqımız, xalqımız üçün etməliyik. Hər bir vətəndaş bu məsələdə həssas olmalı və əlindən gələni etməyə çalışmaldır. Ermənilərə qarşı mübarizə aparmaq bizim vətəndaş borcumuzudur”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər