AZE | RUS | ENG |


Daxili orqanında heroin keçirmək istədi, ələ keçdi

Daxili orqanında heroin keçirmək istədi, ələ keçdi
Gömrükdə Azərbaycan vətəndaşının daxili orqanında heroin, dərman preparatı və metamfetamin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, həmin şəxsin daxili orqanında (düz bağırsağında) cəmi 3 ədəd bağlamada olmaqla, xalis çəkisi 41,148 qram təşkil edən narkotik vasitə - heroin, 10 ədəd həb şəklində "Metadone" adlı dərman preparatı və xalis çəkisi 2,099 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007