• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutulub

21.06.17 17:25 1089
Daşkəsəndə ana və körpəsini qətlə yetirən şəxs tutulub
Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq ƏləkbərovGöygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
İlkin ehtimala görə, R. Ələkbərov qətli törədən zaman içkili olub. Onların yaşadığı evdə spirtli içki butulkaları aşkarlanıb.
Hadisə barədəkənd sakinlərinəqətlə yetirilən qadının ilk nikahından olan 5 yaşlı qızı məlumat verib.
R. Ələkbərovun bir neçə dəfə məhkumluq həyatı yaşadığı, bir neçə dəfə nikahda olduğu, məhkumluqların ailə münaqişələri ilə bağlı olduğu deyilir.Onun birinci nikahından nəvəsinin də olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər