• cümə, 19 Aprel, 16:02
  • Baku Bakı 25°C

Daşkənddə Nəsiminin əsərləri əsasında tamaşalar göstərilib

02.12.19 12:15 528
Daşkənddə Nəsiminin əsərləri əsasında tamaşalar göstərilib
Daşkənddəki Mukimi adına Musiqili Teatrda Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin əsərləri əsasında hazırlanan teatrlaşdırılmış səhnələr göstərilib.
AZƏRTACxəbər verir ki, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşəbbüsü ilə hazırlanan tamaşada Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, paytaxtda yaşayan soydaşlarımız, qardaş özbək xalqının nümayəndələri iştirak edib.
RAMMM-ın sədri Firdovsi Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə "İmadəddin Nəsimi ili” elan edildiyini, ilin əvvəlindən bununla əlaqədar respublikamızda və xarici ölkələrdə müxtəlif mədəni tədbirlərin keçirildiyini vurğulayıb.
Diasporla iş üzrə Dövlət Komitəsinin aparıcı mütəxəssisi Elmira Hacıyeva bildirib ki, böyük şair Azərbaycan, İran, Türkiyə, İraq, Suriya və digər ölkələrə gedərək fəlsəfi poeziyası vasitəsilə öz ideyalarını çatdırıb. O vurğulayıb ki, Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.
Aktyorlar və tələbələr Nəsiminin şeirlərini söyləyib, müğənni Yusif Əliyev şairin şerləri əsasında hazırladığı mahnıları ifa edib.
Sonra teatrın aktyorları Nəsiminin əsərləri əsasıında hazırladıqları teatrlaşdırılmış səhnələr nümayiş etdiriblər.
banner

Oxşar Xəbərlər