• cümə axşamı, 25 aprel, 22:11
  • Baku Bakı 21°C

Dağlıq Qarabağdakı “referendum" beynəlxalq hüququ kobud şəkildə pozur

22.02.17 09:15 620
Dağlıq Qarabağdakı “referendum" beynəlxalq hüququ kobud şəkildə pozur
Ukrayna AzərbaycanınDağlıq Qarabağərazisində keçirilən qondarma "konstitusiya referendumunu" tanımır və onu legitim hesab etmir.APA-nın məlumata görə bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa bildirib.
Onun sözlərinə görə, "referendum" Azərbaycan Konstitusiyası və beynəlxalq hüququ kobud şəkildə pozur və onun heç bir hüquqi fəsadları ola bilməz.
"Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu isə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz dəstəyidir".
banner

Oxşar Xəbərlər