• cümə, 19 Aprel, 21:06
  • Baku Bakı 24°C

Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov

23.10.20 10:51 394
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi üçün mümkün olan hər şeyi edir.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bununla belə, o, bildirib ki, tənzimləmənin hansı formul üzrə davam edəcəyi barədə danışmaq tezdir:"Prezident Putin əmindir ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var – siyasi diplomatik tənzimləmə yolu. Prezident əvvəlki kimi tərəfləri siyasi-diplomatik həll müstəvisinə çıxarmaq üçün əlindən gələni edir. Fikrimcə, indi tənzimləmənin hansısa formulunu proqnozlaşdırmaq düzgün olmazdı”.

banner

Oxşar Xəbərlər