• cümə axşamı, 25 aprel, 00:00
  • Baku Bakı 19°C

Daha əvvəl heç vaxt görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq

30.06.20 15:38 562
Daha əvvəl heç vaxt görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq
Almanya Kansleri Angela Merkel yeni növ koronavirus (COVID-19) səbəbindən əvvəllər heç vaxt görünməyən iqtisadi çətinliklər yaşandığını söyləyib.
Trend xarici KİV-lərə istinadla xəbər verir ki, Berlindən 70 kilometr məsafədəki Merseberg Sarayında Fransa Prezidenti Emmanuel Makron ilə Angela Merkelin görüşündən sonra birgə mətbuat konfransı təşkil edilib.
E.Makron ilə iki il öncə də Merseberg Sarayında görüşdüyünü, ancaq bu gün çox ciddi bir məsələ üçün bir araya gəldiklərini ifadə edən A.Merkel testlərə baxdıqda, o dövrdəki şərtlər bugünkü problemlərlə müqayisədə nisbətən proqnozlaşdırılan və mülayim idi. O, bir tərəfdən pandemiya, digər tərəfdən bununla əlaqəli olaraq on illərdən bəri həm Almaniya və Fransada, həm də Avropa İttifaqında daha əvvəl heç görmədiyimiz iqtisadi çətinliklərin yaşandığını vurğulayıb.
Almaniya və Fransanın birlikdə iqtisadi çətinliklərin öhdəsindən gəlmək məqsədilə Avropa İttifaqı ölkələri üçün bir xilasetmə fondu təklif etdiklərini xatırladan A.Merkel bildirib: "Bununla Avropa gələcəyimizdir deyirik. Hamımız fərqli ölkələrdən gəlirik, lakin birliktə daha güclü ola bilərik. Rəqəmsallaşma, iqlim, müharibə və sülh kimi problemli mövzularda dünyada bir rol oynaya bilərik”.
banner

Oxşar Xəbərlər