Daha çox hansı qruplara sənəd verilib?
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları
üzrə 62 021 abituriyent elektron qaydada ərizə verib.
Trend-in məlumatına görə, onların çoxu I ixtisas
qrupu üzrə sənəd verənlərdir.
Ümumilikdə, indiyədək I ixtisas qrupu üzrə 26 168,
II ixtisas qrupu üzrə 11 549, III ixtisas qrupu üzrə 19 732, IV ixtisas qrupu
üzrə 4 572 abituriyent ərizə verib.
Bu günədək ərizə verənlərin 56 605 nəfəri Azərbaycan,
5 416 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.
V ixtisas qrupu üzrə qeydiyyatdan keçən
abituriyentlərin sayı 46 103, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil
bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 47 879 nəfər təşkil edir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın
12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə
qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.