• cümə, 29 Mart, 05:58
  • Baku Bakı 7°C

Daha bir klinikada böyrək transplantasiyası uğurla həyata keçirildi

14.06.13 08:30 1766
Daha bir klinikada böyrək transplantasiyası uğurla həyata keçirildi
APA-nın məlumatına görə, uzun müddət aparılan hazırlıqlardan sonra 08.06.2013 tarixində Mərkəzi Klinik Xəstəxanada Böyrək Transplantasiyası icra edilib və uğurlu nəticə əldə olunub.
Xroniki böyrək yetməzliyindən əziyyət çəkən 1976-cı il təvəllüdlü Mayis Kamran oğlu Yusifov bir ildir ki, bu günü gözləyirdi. Son 6 ayda həftənin 3 günü dializ alan xəstəni həyata bağlayan anası Mülayim Yusifova olub. Oğlunun yaşadığı sıxıntıları görən ana –“Oğlumun çəkdiyi əzablara dözümsüz olmuşam. Bir ildir onun üzü gülmədi. Böyrəyimi verib, onu bu acıdan qurtarmaq istəyirəm!” deyib.
Bu səbəbdən mərkəzə müraciət edən donor və resipientin lazımi təhlilləri aparılıb və əməliyyatın aparılmasının uyğun olduğu təsdiqlənib.
08.06.2013 tarixində Mərkəzi Klinik Xəstəxananın Ümumi cərrahiyyə şöbəsinin cərrah heyəti tərəfindən əməliyyat uğurla icra edilib. Əməliyyatda Mərkəzi Klinik Xəstəxananın baş həkim müavini, Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah T.E.N. Dr.Zaur Xəlilov, transplantoloq cərrah Dr.Tariyel Nadirov, nevroloq Dr.Səbinə Qasımova, anestezioloq Dr.Leyla Mikayılova və infeksionist Dr.Yaqut Qarayeva iştirak ediblər.
Hazırda donor və xəstənin vəziyyəti yaxşıdır. Pasientlərin iyunun 15-də evə təxliyəsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər