• cümə axşamı, 28 mart, 14:50
  • Baku Bakı 16°C

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı

11.09.19 21:22 662
Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı
Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.
Trend-in məlumatına görə, 57 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin asan qələbəsi ilə yekunlaşıb – 5:0.
O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.
banner

Oxşar Xəbərlər