• cümə axşamı, 25 aprel, 22:02
  • Baku Bakı 21°C

DÇ-yə getməyən ölkələr üçün “təsəlli” turniri

15.11.17 13:50 1480
DÇ-yə getməyən ölkələr üçün “təsəlli” turniri
ABŞ Futbol Federasiyası beynəlxalq turnir keçirmək istəyir.
Kaspi.az xəbər verir ki, turnirdə DÇ-2018-ə vəsiqə qazana bilməyən yığmaların iştirakı nəzərdə tutulub. Məlumata görə, ABŞ Futbol Federasiyası ideya ilə bağlı Hollandiya, Çili, İtaliya və Qanaya artıq dəvət göndərib.
Turnirin 2018-ci ildə milli çempionatlar yekunlaşandan dərhal sonra başlaması nəzərdə tutulub. Yarış Rusiyada keçiriləcək mundialın startına qədər yekunlaşmalıdır.
banner

Oxşar Xəbərlər