• cümə axşamı, 28 mart, 19:23
  • Baku Bakı 13°C

DÇ-in oyunu yenidən keçiriləcək

07.09.17 12:55 1097
DÇ-in oyunu yenidən keçiriləcək
Ötən ilin 12 noyabrında DÇ-2018-in seçmə mərhələsində baş tutan CAR - Seneqal oyunu yenidən keçiriləcək.
Kaspi.az xəbər verir ki, bu barədə qərarı FİFA qəbul edib. Həmin qarşılaşmada ev sahibləri 2:1 hesabı ilə qalib gəlmişdi.
Ancaq FİFA araşdırma apararaq oyunun baş hakimin nəticəyə təsir edən səhvlərə yol verdiyini əsas gətirib, oyunun yenidən keçirilməsi barədə qərar qəbul edib.
Qarşılaşmanı idarə etmiş hakim - qanalı Cozefa Lamti ömürlük cəzalandırılıb. Təkrar oyun noyabrda keçiriləcək. Dəqiq tarix bir müddət sonra açıqlanacaq.
banner

Oxşar Xəbərlər