• şənbə, 20 Aprel, 12:22
  • Baku Bakı 23°C

DÇ-dəki yeganə qolun müəllifi koronavirusdan öldü

22.06.20 16:00 874
DÇ-dəki yeganə qolun müəllifi koronavirusdan öldü
İraq yığmasının əfsanəvi futbolçusu Əhməd Radi ölüb.
Kaspi.az xəbər verir ki, Əhməd koronavirusa tutulmuşdu. Ötən həftə onu Bağdadda hospitala yerləşdirmişdilər. 18 iyunda vəziyyəti yaxşılaşan sabiq futbolçu evə buraxılmışdı.
Amma bir neçə saatdan sonra onun durumu pisləşib və yenidən xəstəxanaya yerləşdirilib. Radi iyunun 21-də vəfat edib.
O, İraq yığmasının DŞ-də vurduğu yeganə qolun müəllifi idi. Əhəmdə o qolu DÇ-1986-da Belçika ilə qarşılaşmada (1:2) vurmuşdu. O, İraq yığmasının heyətində 121 oyun keçirib, 62 qol vurub. 1988-ci ildə Asiyanın ən yaxşı futbolçusu seçilib.
banner

Oxşar Xəbərlər