• şənbə, 20 Aprel, 04:15
  • Baku Bakı 15°C

DÇ-2026 üçün şəhərlər müəyyənləşdi

08.09.17 15:44 1224
DÇ-2026 üçün şəhərlər müəyyənləşdi
2026-cı ildə dünyanı çempionatını birgə keçirmək istəyən ABŞ, Kanada və Meksika mundialın oyunlarını qəbul edəcək şəhərləri müəyyənləşdiriblər.
Kaspi.az xəbər verir ki, genişləndirilmiş siyahıda 41 şəhər yer alıb. ABŞ 32, Kanada 6, Meksika isə 3 şəhərlə təmsil olunur. 20-25 şəhərin yer alacağı yekun ərizə 2018-ci ilin martında FİFA-ya təqdim ediləcək. Turnirin isə ən azı 12 şəhərdə keçiriləcəyi gözlənilir. Birləşmiş komitənin icraçı direktoru Con Kristik məsələyə belə münasibət bildirib:
"Bu şəhərlərin hər biri idman obyektlərini, infrastrukturu təqdim edəcək. Bundan sonra yekun siyahı hazırlanacaq. Şəhərlər bir yerdə Şimali Amerikada idmanın inkişafına töhfə verəcəklər”.
DÇ-2026-ya Mərakeş də ev sahibliyi etmək istəyir. Turnir ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.
banner

Oxşar Xəbərlər