DÇ-2022-də “Bizim oğlanlar” adı altında oynayacaqlar
Rusiya
yığmasının DÇ-2022-də hansı ad altında çıxış edə biləcəyi müəyyənləşib.
Kaspi.az xəbər
verir ki, 2019-cu ilin dekabr ayında VADA Rusiyanı cəzalandırıb. Rusiya
yığmasının Olimpiada və DÇ-lərdə iştirakına qadağa tətbiq olunub.
Rusiya yığması
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsini adlaya
bilsə, final mərhələsində ancaq neytral bayraq altında oynaya bilər.
Rusiya Futbol
İttifaqı DÇ-2022-də yığmanın hansı ad altında çıxış edəcəyi ilə bağlı
variantları nəzərdən keçirib. Federasiya rəsmiləri "Bizim oğlanlar” adına
üstünlük verib.
DÇ-2022 21
noyabrdan 18 dekabra qədər keçiriləcək.