• cümə, 29 Mart, 12:19
  • Baku Bakı 14°C

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib

27.03.17 09:00 1055
DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib
DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, C, E və F qrupundakı oyunlarla V tura yekun vurulub.
Həftənin son oyun günü Azərbaycan yığmasının yer aldığı C qrupunda da görüşlər baş tutub. Millimiz Almaniyaya məğlub olub, Çexiya asan San-Marino səfərində 6 qol vurub. Norveç isə Şimali İrlandiya səfərində məğlub olub - 0:2.
Bundan başqa, E qrupunda Polşa Monteneqronu məğlub edib.
Şotlandiya ilə Sloveniya arasındakı F qrupunun mərkəzi oyununda isə birincilər seviniblər.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, V tur
26 mart
C qrupu
San-Marino – Çexiya - 0:6
Qollar:Barak, 17, 24, Darida, 19, 77, Cebre Salesie, 26, Krmençik, 43
Azərbaycan – Almaniya - 1:4
Qollar:Nazarov, 31 - Şürrle, 19, 81, Müller, 37, Qomez, 45
Şimali İrlandiya – Norveç - 2:0
Qollar:Vard, 2, Vaşinqoton, 33
E qrupu
Ermənistan – Qazaxıstan - 2:0
Qollar:Mxitaryan, 73, Aras Özbiliz, 75
Monteneqro – Polşa - 1:2
Qol:Muqosa, 63 - Levandovski, 40, Pişçek, 82
Rumıniya – Danimarka -0:0
F qrupu
İngiltərə - Litva - 2:0
Qollar:Defo, 22, Vardi, 66
Malta – Slovakiya - 1:3
Qollar:Farruqia, 32 - Vays, 2, Qrequs, 41, Nemec, 84
Şotlandiya – Sloveniya - 1:0
Qol:Martin, 88
banner

Oxşar Xəbərlər