• çərşənbə axşamı, 23 aprel, 16:18
  • Baku Bakı 24°C

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

25.03.17 10:23 999
DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR
Martın 24-də DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə D, G və İ qruplarındakı matçlar baş tutub.

İrlandiya və Uels milliləri qolsuz bərabərliyə razılaşıblar. Serbiya isə öz Gürcüstanı səfərdə məğlub edib -3:1. Avstriya autsayder Moldova qarşısında qələbə qazanaraq xal ehtiyatını artırıb.

G qrupunda isə lider İspaniya 3-cü pillədəki İsrailə darmadağınla qalib gəlib - 4:1.İtaliya Albaniyanı məğlub l edib. Lixteynşteyn – Makedoniya görüşü isə ikincilərin qələbəsi ilə başa çatıb - 0:3.

İ qrupunda ilk iki pillənin sahibi qarşılaşıb. Xorvatiya Ukraynanı tək qolla xalsız qoyub. Finlandiyanı sınağa çəkənTürkiyə millisi doğma meydanda 2 qola sevinib.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, V tur
24 mart

D qrupu

Gürcüstan – Serbiya - 1:3
Qollar:Katçarava, 6 - Tadiç, 45 (pen.), Mitroviç, 64, Qaçinoviç, 89

İrlandiya – Uels - 0:0

Avstriya – Moldova-2:0
Qollar:Sabitzer, 75, Harnik, 90

G qrupu
Lixtenşteyn - Makedoniya-0:3
Qollar:Nikolov, 43, Nestorovski, 68, 73

İtaliya - Albaniya-2:0
Qol:De Rossi, 12 (pen.), İmmobile, 71

İspaniya - İsrail-4:1
Qollar:David Silva, 13, Vitolo, 45+1, Dieqo Kosta, 51, İsko, 88 - Rafaelov, 76

I qrupu
Türkiyə - Finlandiya - 2:0
Qollar:Cenk, 9, 13

Kosovo – İslandiya-1:2
Qollar:Nuhiu, 53 - Siqurdarson, 25, Siqurdsson, 35 (pen.)

Xorvatiya - Ukrayna-1:0
Qol:Kaliniç, 38
banner

Oxşar Xəbərlər