"Cuatro" telekanalı: İspaniya Azərbaycanla əlaqələrin inkişaf etməsini arzulayır
İspaniyanın "Cuatro" televiziya kanalının internet portalında İspaniya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi haqqında məqalə dərc edilib.
Məqalədə deyilir ki, İspaniya hökuməti 25 ili tamam olan diplomatik əlaqələrin yaxşı inkişafını təqdir edir, təhsil, mühəndislik, kənd təsərüfatı, dəniz nəqliyyatı və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnundur. İspaniya bu əlaqələrin ikitərəfli səviyyədə və beynəlxalq institutlar çərçivəsində davam və inkişaf etməsini arzulayır.
İspnaiya hökuməti ikitərəfli münasibətlər üçün əlamətdar olan bu gündə dost Azərbaycan xalqına çiçəklınmə və rifah arzu edib.