• cümə axşamı, 25 aprel, 11:07
  • Baku Bakı 14°C

Cozef Danford rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüşdən danışıb

24.02.17 09:45 722
Cozef Danford rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüşdən danışıb
ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.
"ABŞ qanunvericiliyindəbizim hərbi sahədə əməkdaşlığımızı əngəlləyən qanun var”, - deyə DanfordBarak Obamaadministrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.
"Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər-hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə Danford qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.
banner

Oxşar Xəbərlər