• cümə, 19 Aprel, 08:57
  • Baku Bakı 13°C

COVİD-19 virusuna yoluxan insanlarda formalaşan anticisimlərin nə qədər davamlı olması hələ bilinmir

29.08.20 12:27 680
COVİD-19 virusuna yoluxan insanlarda formalaşan anticisimlərin nə qədər davamlı olması hələ bilinmir
COVİD-19 virusuna yoluxan insanlarda formalaşan anticisimlərin nə qədər davamlı olması hələ bilinmir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirənlər də, keçirməyənlər də maskadan istifadə etməlidir. Xəstəliyi asimptomatik və simptomatik keçirən şəxslər arxayın olmamalıdır. Çünki həmin şəxslərdə anticisimlərin nə qədər formalaşdığı məlum deyil. Həmin şəxslərin ikinci dəfə bu virusu ağır və ya yüngül keçirəcəyi məlum deyil. Ona görə də xəstəliyi simptomatik və ya asimptomatik keçirən şəxslər arxayın olub maskasız gəzməsinlər. Hər birimiz sona qədər bu virusa qarşı birləşməli və mübarizə aparmalıyıq"
banner

Oxşar Xəbərlər