• çərşənbə, 24 Aprel, 02:09
  • Baku Bakı 14°C

COVID-19-un müalicəsinə dair yeni protokollar hazırlanır

02.09.20 16:41 716
COVID-19-un müalicəsinə dair yeni protokollar hazırlanır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB) Azərbaycanda koronavirusun müalicəsinə dair yeni kliniki protokollar hazırlayır.
"Report”un əldə etdiyi məlumata görə, protokollar yaxın vaxtlarda xəstəxanalara göndəriləcək.
Protokolların ilkin varinatınaəsasən COVID-19diaqnostikasında uşaq və yeniyetmələrdə ağciyərlərin rentgenoqrafiyasına üstünlük verilməlidir. Mobilizə olunması uyğun olmayan xəstələrdə döş qəfəsinin US baxıla bilər. Xəstəliyin erkən dövrlərində burun-udlaqdan alınan sürüntünün PZR müayinəsində yalnış neqativ cavablar görülə bilər. Gərəkli olmadığı təqdirdə antibiotik verilmir. Hazırda virusun müalicəsi dair yeni protokollar hazırlanır.
Qeyd edək ki, bu günə qədər ölkədə 36578 nəfər virusa yoluxub, onlardan 33977-si sağalıb. Hazırda aktiv xəstə sayı 2065 nəfər təşkil edir.
banner

Oxşar Xəbərlər