AZE | RUS | ENG |


“Costa” kitab mükafatının qalibi açıqlandı

“Costa” kitab mükafatının qalibi açıqlandı
Mükafatın 46 illik tarixində bir ilk yaşanıb

Dünya ədəbiyyatının nüfuzlu ədəbi mükafatlarından "Costa” kitab mükafatının 2017-ci il qalibinin adı açıqlanıb. "Guardian”ın xəbərində qeyd olunur ki, yanvarın 31-də açıqlanan nəticələrə görə irlandiyalı yazıçı Sebastian Barri "Sonu gəlməyən günlər” ("Days without end”) əsəri ilə mükafatın builki qalibidir. ABŞ-da yaşanan gizli bir münasibətdən bəhs edən hekayənin müəllifi bu il "Costa” mükafatının qalibi olmaqla, adını mükafat tarixinə yazdırıb. Belə ki, Sebastian Barri bu mükafata ikinci dəfə layiq görülən ilk yazıçıdır.
Barrinin əsəri bu mükafata "hekayədəki duyğuların qüsursuz təsvirinə görə” layiq görülüb. Müəllifin 2008-ci ildə yazdığı "Gizli müqəddəs yazı” ("The secret scripture”) romanı da, bu dəfəki kimi ona həm "Costa” diplomu, həm də 30000 funt sterlinq (75000 manat – red.) məbləğində pul mükafatı qazandırmışdı.
Londonda keçirilən təntənəli təqdimetmə mərasimində çıxış edən müəllif duyğularını dilə gətirməkdə çətinlik çəkib: "61 yaşında bir adam üçün bu sevinc, bu həyəcan təhlükəlidir. İkinci dəfə belə bir mükafata layiq görülmək, fərqləndirilmək, bu qədər şərəflə qarşılanmaq insanı təpədən-dırnağa kimi silkələyir. Sevincdən insan dəli də ola bilər, mən belə bir təhlükə ilə qarşı-qarşıyayam. Səkkiz il əvvəl mənə mükafatla birgə verilən pulu hələ də xərcləməmişəm. Yazıçıların iqtisadi vəziyyətləri çox qarışıq olur. İlk 10-15 ili heç nə qazanmadan yazırıq, çətinlik çəkirik. Mən mükafat alanda dedilər ki, bu mükafatı bir də almayacaqsan. Mən də kitabdan, dərc olunan yazılardan gələn pullarla yaşadım ki, birdən bu pul çox vacib bir şey üçün lazım olar. Bəlkə də, bu sözlərlə sizi təəccübləndirəcəyəm, amma bu mükafatlar insanın sadəcə mənəvi yox, elə maddi vəziyyətini də yaxşılaşırır. İndi bütün təəccüb və həyəcandan ayrılmadan, evimə gedib, xanımımla sevimli divanımıza uzanıb, bu sevincin və rahatlığın  sevincini yaşama istəyirəm. Mən bu gün çox xoşbəxtəm”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202