Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub
Corctaun
Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin
(ADU) SABAH qruplarında təhsil alan tələbələrə "Yaradıcı düşüncə” mövzusunda
mühazirə oxuyub. O, insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru
istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini
söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehni və
yaradıcı düşüncənin inkişafına səbəb
olduğunu da sözlərinə əlavə edib.
Mühazirə tələbələri
maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
Qeyd edək ki, S.Potolicchio
ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.