• şənbə, 20 Aprel, 00:38
  • Baku Bakı 15°C

Con Kerri Qarabağ münaqişəsinin həllindən danışdı

05.06.13 08:57 1533
Con Kerri Qarabağ münaqişəsinin həllindən danışdı
ABŞ dövlət katibi Ermənistanın xarici işlər nazirini qəbul edib
ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib.
APA-nın ABŞ Dövlət Departamentinə istinadən xəbərinə görə, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini və bir sıra regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
C.Kerri deyib ki, Ermənistan bir sıra məsələlər üzrə ABŞ-ın tərəfdaş ölkəsidir: “Massaçusets ştatında çoxlu sayda ermənilər yaşayır və mənim dostlarım arasında da erməni icmasının xeyli nümayəndəsi var”.
Dövlət katibi bildirib ki, ABŞ-ın həll olunmasını görmək istədiyi məsələlərdən biri də dondurulmuş Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin hər zaman dirəndiyi və təhlükəli olan dalanı keçmək üçün mütləq həll yolu tapılmalıdır”.
banner

Oxşar Xəbərlər