• cümə axşamı, 25 aprel, 09:30
  • Baku Bakı 14°C

Cocuq Mərcanlıya çəkiləcək yolun ərazisində 120 qəlpə aşkarlanıb

19.02.17 19:23 1042
Cocuq Mərcanlıya çəkiləcək yolun ərazisində 120 qəlpə aşkarlanıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli AgentlikCəbrayılrayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
APA-nın məlumtına görə, Cocuq Mərcanlı kəndində gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3 300 kv.m ərazisi yoxlanılıb, 120 ədəd qəlpə aşkar edilib.
Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumiyyətlə, 16 gün ərzindəCəbrayılrayonunun Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib. 108 566 kv.m ərazi (46 066 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
banner

Oxşar Xəbərlər