• cümə axşamı, 25 aprel, 17:09
  • Baku Bakı 23°C

Cocuq Mərcanlıda tikinti aparacaq şirkətlərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

13.02.17 12:00 826
Cocuq Mərcanlıda tikinti aparacaq şirkətlərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi iləCəbrayılrayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, baş nazirin müavini deyib ki, Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək. Yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək.
Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq. Diqqətə çatdırılıb ki, prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır. Tikinti şirkətlərinin rəhbərləri qəsəbədə istər yaşayış evlərinin, istərsə də məktəb binasının, kommunikasiya xətlərinin və digər texniki infrastrukturların inşasında işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.
Əli Həsənovtikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini vurğulayıb.
banner

Oxşar Xəbərlər