• cümə, 29 Mart, 09:04
  • Baku Bakı 5°C

Cocuq Mərcanlıda “Çərpələng şənliyi” keçiriləcək

07.10.17 10:10 1162
Cocuq Mərcanlıda “Çərpələng şənliyi” keçiriləcək
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə oktyabrın 8-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və "Çərpələng şənliyi” keçiriləcək.
Bu barədəAZƏRTAC-a ictimai birliyin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, tədbir dünyanın ən böyük aviasiya şirkətlərindən olan Türk Hava Yollarının (THY) təşkilatçılığı, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin iri şirkətlərinin yaxından dəstəyi ilə reallaşacaq. Tədbir çərçivəsində yerli sakinlər üçün sürpriz olacaq yeniliklər baş tutacaq.
Bu məqsədlə oktyabrın 8-də TÜİB-ə üzv olan sahibkarlar və şirkətlərin nümayəndələri ailələri ilə birlikdə Cocuq Mərcanlıya səfər edəcəklər. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da öz ailəsi ilə birlikdə iştirak edəcək.
Səfər zamanı qrup üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq-Mərcanlı kəndi ilə tanış olacaq, uşaqlar üçün "Çərpələng bayramı” ilə yanaşı, müxtəlif oyunlar və animasiyalar da təşkil ediləcək.
Səfər çərçivəsində TÜİB-in üzvü olan Türkiyənin dünya şöhrətli "DünyaGöz” xəstəxanasının Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi təşkil ediləcək. Bu məqsədlə xəstəxananın müvafiq avadanlıqları artıq Cocuq Mərcanlıya göndərilib. Bundan başqa, TÜİB-in digər üzvü olan "Türk-Amerikan Medikal Center” tərəfindən yerli sakinlər üçün pulsuz "Sağlamlıq müayinəsi” təşkil ediləcək.
Səfər zamanı Cocuq Mərcanlı orta məktəbinin kitabxanasına dəstək məqsədilə TÜİB üzvləri tərəfindən 1000 ədəd kitab hədiyyə olunacaq.
banner

Oxşar Xəbərlər